GERIYƏ

Loğmanlar yurdu

Müəllif Həmidov, Ənvər Mustafa oğlu
Nəşr olunduğu il 1991
Elm sahəsi Tibb elmləri
Nəşriyyat İşıq
Nəşr yeri Bakı

Həmidov, Ənvər Mustafa oğlu. Loğmanlar yurdu. Bakı, İşıq, 1991.

O, uzun illər Azərbaycanımızın təbabət tarixinin, tibbi keçmişinin, çoxlarına məlum olmayan və məşhur tibb xadimlərinin təbabətin inkişafındakı rollarını və elmi fəaliyyətlərini hərtərəfli tədqiq etmişdir. İllərlə arxivlərdə çalışmış, arayıb-axtarmış, unudulmuş sənədləri üzə çıxarmış, evlərdə yatıb-qalmış, toz basmış tarixi sənədlərə yenidən həyat vermişdir. Apardığı çoxillik gərgin elmi araşdırmaların nəticəsi olaraq 500 səhifəlik sanballı “Loğmanlar yurdu" əsəri ərsəyə gəlib və 1991-ci ildə “İşıq" nəşriyyatında çap olunub. Tibb tariximiz, indiki və gələcək nəsillərə örnək olacaq şəxslər haqqında verilən məlumatlar, ekologiyanın sağlamlığa təsiri, müdrik kəlamlar və məsləhətlərin yer aldığı bu əsər, ulu loğmanlarımızın çoxəsrlik fədakar əməyinin öyrənilməsində mühüm dərslik kimi istifadə olunur. Poeziyamızın patriarxı Bəxtiyar Vahabzadə "Loğmanlar yurdu" kitabını Azərbaycan təbiblərinin ensiklopediyası adlandırıb.