GERIYƏ

Mənim həyatım: memuar

Müəllif Vaqner Vilhelm
Nəşr olunduğu il 2013
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Mütərcim NPM
Nəşr yeri Bakı

Vaqner Vilhelm. Mənim həyatım: memuar. Bakı, Mütərcim NPM, 2013.

Dahi alman bəstəkarı Vilhelm Rixard Vaqnerin (1813-1883) öz dilindən qələmə alınmış “Mənim həyatım” adlı xatiratı bir çox məziyyətləri ilə mədəni həyatımız üçün önəmli hadisədir. Kitab vasitəsilə oxucular bu böyük bəstəkarın, yazıçı və mütəfəkkirin, opera sənəti islahatçısının həqiqi sənətkar kimi yaşadığı məhrumiyyət dolu keşməkeşli, eyni zamanda mənəvi baxımdan zəngin ömür yoluyla tanış ola biləcəklər. Onun uşaqlığı, sənətə, musiqiyə olan sevgisinin formalaşması, məhəbbət macəraları, List, Berlioz, Mendelson, Spontini kimi müasirləri olan bir çox böyük bəstəkar və musiqiçilərlə dostluğu, münasibətləri, mükalimələri, bəstəkarın sonradan ona ölməzlik qazandıran yaradıcı fikirləri, bəzən ziddiyyətli düşüncələri, “Loenqrin”, “Uçan hollandiyalı” kimi klassik müsiqi şedevrlərinin həqiqi tarixçələri - bütün bunlar kitabı oxucu üçün olduqca qiymətli edən keyfiyyətlərdir. Kitab ana dilimizdə nəşr olunan bir ilk kimi də qiymətlidir. Vaqner yaradıcılığının pərəstişkarları və bütövlükdə ciddi musiqi ilə məşğul olan peşəkarlar üçün dəyərli mənbə olan kitab rahat dili və təhkiyəsi ilə eyni zamanda bütün oxucular üçün əlçatandır. Bu nəşr, həmçinin Azərbaycan-Almaniya mədəni əlaqələri üçün qiymətli töhfə, bu əlaqələrin inkişafı istiqamətində növbəti uğurlu addımdır.