GERIYƏ

Elektronergetika sisteminin şəbəkələrində ali harmonikalar. Elektromaqnit uyğunluğu

Müəllif Ə.B. Balametov, E.D. Xəlilov, T.M. İsayeva.
Nəşr olunduğu il 2004
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Elm
Nəşr yeri Bakı

Ə.B. Balametov, E.D. Xəlilov, T.M. İsayeva. . Elektronergetika sisteminin şəbəkələrində ali harmonikalar. Elektromaqnit uyğunluğu . Bakı, Elm, 2004.

Monoqrafiya elektroenergetika sisteminin elektrik şəbəkələrində elektro-maqnit uyğunluğu ali harmonikaların ölçülməsi, təhlili, hesablanması və nor mallaşdırılması məsələlərinə həsr edilmişdir. Yüksək gərginlikli yarımstansi-yalarda, hava xətlərində, paylayıcı elektrik şəbəkələrində, qeyri-xətti yüklü müəssisələrdə avadanlıqların və məişət cihazlarının yaratdığı harmonikalars baxılmışdır. Yüksək gərginlikli hava xətlərinin ətraf mühitə təsiri, tac hadisəsi effektləri, tac itkiləri, tac boşalmasnın generasiya etdiyi harmonikalar, əlavə tutum, elektrik sahasi, radiomaneələr və elektromaqnit uyğunluğu məsələləri araşdırılmışdır. AzET və LAEİ tərəfindən elektrik şəbəkələrinin müəssisələ rində aparılmış harmonik rejimlarin parametrlərin ölçülməsinin eksperimental tədqiqat nəticələri verilir. Tac hadisəsi nəticəsində yaranan ali harmonikaların riyazi və fiziki modelləşdirilməsi, elektromaqnit uyğunluğunun tədqiqi nətica-ləri təqdim edilir. Elektroenergetika sistemlərində harmonikaların ünvanlı pay-lanması məsələlərinin həlli üçün metodlar, alqoritmlər və proqram təminatı iş lənilmişdır. Qeyri-sinusoidal və qeyri-simmetrik rejimlərdə reaktiv gücün qiy mətləndirilməsi və müqayisəsi, əlavə aktiv güc itkilərinin qiymətləndirilməsi məsələlərinə baxılır. Monoqrafiya, elektrik enerjisinin ötürülməsi və paylan-ması məsələləri ilə məşğul olan alim və mühəndislər, elmi-tədqiqat və layihə institutlarının alimləri, elmi-texniki işçilər, enerji sistemlərinin dispetçer xid-mətləri mütəxəssisləri, enerji va elektrik mühəndisliyi ixtisaslarının tələbələri və doktorantları üçün faydalı ola bilər.