Nərəkimilər dinozavrların həməsrləri
Müəllif | Q.M.Palatnikov, R.Y.Qasımov |
---|---|
Nəşr olunduğu il | 2010 |
Elm sahəsi | Təbiət elmləri |
Nəşriyyat | Nurlar |
Nəşr yeri | Bakı |
Q.M.Palatnikov, R.Y.Qasımov. Nərəkimilər dinozavrların həməsrləri. Bakı, Nurlar, 2010.
Nərə balıqları ovunun kökləri qədim zamanlara gedib çıxır. Günümüzdən 4 min il əvvəl yaşamış qədim misirlilər, onlardan sonra isə Misir sahilləri boyunca ticarətlə məşğul olan fi ni kiyalı tacirlər balığı və kürünü duza və marinada qoyurdular. Müharibələr, aclıq illəri və uzun müddətli dəniz səfərləri
zamanı onlar bu ehtiyatlarla qidalanırdılar. Sakkaradakı pirami da nın ya xınlığında yerləşən Ti adlanan bir ərazidəki qədim məzar divarlarının barelyeflərində müx təlif balıqları ovlayan və içalatını təmizləyib kürüsünü əldə edən balıqçılar təsvir edilmişdir.