Plastik boruların montaja hazırlanması
Müəllif | Rasim Ağacanov |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | Texnika. Texniki elmlər |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
Rasim Ağacanov. Plastik boruların montaja hazırlanması. Bakı, , 2019.
Plastik borular metal borulara nisbətən daha ucuzdur, istismar müddəti ən azı əlli ildən yuxarıdır, quraşdırılmasına sərf olunan zəhmət qat-qat azdır, bundan əlavə, çəkisi yüngüldür. Göstərilən bu müsbət amillərə çəkilən xərclərin azaldılmasını da əlavə etmək olar. Plastik borulardan yığılmış boru xətlərinin çatışmayan cəhəti isə, onların qaynaqdan sonra təkrarən sökülüb-yığıla bilməmələridir. Buna görə də bu borularla işləmək son dərəcə diqqət tələb edir ki, montaja hazırlıq vaxtı səhvlərə yol verilməsin. Plastik boruları montaja hazırlayarkən sistemi elə komplektləşdirmək lazımdır ki, sxemi verilmiş istənilən mürəkkəb konfiqurasiyalı boru xəttini quraşdırmaq mümkün olsun.