Proqramla idarə olunan avtomat və yarımavtomat torna dəzgahları
Müəllif | Ağasəf Qədirov |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | Texnika. Texniki elmlər |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
Ağasəf Qədirov. Proqramla idarə olunan avtomat və yarımavtomat torna dəzgahları. Bakı, , 2019.
Müasir çoxfunksiyalı proqramla idarə edilən torna dəzgahları elmin - texnikanın son nailiyyətləri ilə təmin edilmiş yüksək dəqiqliyə malik, mürəkkəb səthli hissələrin emalında istifadə edilən ən səmərəli avadanlıqlardır. Belə avadanlıqlara müxtəlif mürəkkəb forma və ölçülərə malik detalların emalı üçün idarəetmə proqramlarını tərtib edə bilən savadlı texnoloq-proqramçılar xidmət etməlidir. İstehsalat sahələrində proqramçı texnoloqlarla yanaşı, müasir avadanlıqlara xidməti bacaran yüksək ixtisaslı tənzimləyicilər, çilingər və operatorlar da tələb olunur.