Reptililərin ekologiyası
Müəllif | S.Q. Cəfərova, S.T. Hümbətova, S.Ə. Əsgərova |
---|---|
Nəşr olunduğu il | 2010 |
Elm sahəsi | Təbiət elmləri |
Nəşriyyat | Adiloğlu |
Nəşr yeri | Bakı |
S.Q. Cəfərova, S.T. Hümbətova, S.Ə. Əsgərova. Reptililərin ekologiyası. Bakı, Adiloğlu, 2010.
Yer kürəsində əhalinin sürətlə artdığı müasir dövrün ən mürəkkəb vəzifələrindən biri canlı təbiətin məhvi prosesini ləngitməkdir. Bu, öz növbəsində insan tərəfindən yeni landşaftların tutulmasına gətirib çıxarır. Arid zonaların və bitki örtüyünün siması dəyişərək vəhşi heyvanların, həmçinin də reptililərin yaşaması üçün yararsız olan süni əkinlərlə əvəz olunur. Daha çox təhlükəli olan isə insanların reptililərə - «əhəmiyyəti aydın olmayan varlıqlara» münasibətidir. Əhalinin böyük bir hissəsinin ilanlar, kərtənkələlər və reptililərin digər nümayəndələri haqda məlumatsızlığı onların amansız məhvinə gətirib çıxarır.