GERIYƏ

Dünyanı heyran qoyan insan

Müəllif
Nəşr olunduğu il 2004
Elm sahəsi Siyasət. Siyasi elmlər
Nəşriyyat Azərnəşr
Nəşr yeri Bakı

. Dünyanı heyran qoyan insan. Bakı, Azərnəşr, 2004.

2003-cü il dekabrın 12-də okeanın o tayından, uzaq Klivlenddən xalqımızı, dünyadakı xeyirxahlarımızı, Azərbaycanın dostlarını sarsıdan müdhiş xəbər gələndən bəri müxtəlif adamların dilindən səslənən bir ifadəni, təkrar da olsa, yada salmamaq olmur: "Heydər Əliyev haqqında keçmiş zamanda danışmaq çətindir". Bu, həqiqətən, belədir. Çünki Heydər Əliyev təkcə Azərbaycanın ən yeni tarixinin son qərinəsində deyil, həm də keçmiş SSRİ-nin tarixinin müəyyən bir dövründə silinməz iz qoymuş ən görkəmli şəxsiyyətdir. Müstəqil Azərbaycan Respublikasının son onillik tarixi isə bilavasitə onun adı ilə bağlıdır. Eyni zamanda, Heydər Əliyev zəmanəmizin diplomatiya tarixində ən görkəmli simalardan biri kimi tanınmışdır. Ona görə də otuz ildən artıq bir dövrdə siyasi hakimiyyətin zirvəsində olan Heydər Əliyevi xalqımızın milli sərvəti, Azərbaycanın bəxtinə düşmüş Tanrı payı adlandıranlar, Corc Vaşinqton, Franklin Ruzvelt, Uinston Çörçill, Şarl de Qoll, Konrad Adenauer kimi siyasətçilər və dövlət xadimləri ilə müqayisə edərək, onun hələ sağlığında canlı əfsanəyə çevrildiyini deyənlər heç də yanılmırlar