GERIYƏ

Seçilmiş şeirlər

Müəllif Hafiz Şirazi
Nəşr olunduğu il 2004
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat "Öndər nəşriyyat"
Nəşr yeri Bakı

Hafiz Şirazi. Seçilmiş şeirlər. Bakı, "Öndər nəşriyyat", 2004.

Şöhrəti İranda və onun sərhədlərindən uzaqlarda yayılmış Hafız Şirazinin yaradıcılığı orta əsrlər farsdilli lirik poeziyanın zirvəsidir. Şairin lirikasında ənənəvi mey və məhəbbət mövzuları aparıcı yer tutur. Hafiz məhəbbətin timsalında həyatı, yaşamağın sevinclərini tərənnüm edir. Onun əsərlərindəki rind obrazı cəmiyyətin eybəcərliklərinə qarşı dayanan məğrur, azadfikirli şəxsiyyət səviyyəsinə yüksəlir. Bu mənada Hafiz poeziyasının ən qabarıq cəhəti ondakı etiraz ruhudur. Şairin Divanı fal açmaq vasitəsinə çevrilmişdi ki, bu da dünya ədəbiy-yatında bənzəri olmayan bir hadisədir. Hafizin qəzəlləri Azərbaycanda da geniş yayılmış, hətta onların peşəkar ifaçıları (hafizxanlar) olmuşdur.