Seçilmiş əsərləri
Müəllif | Yaroslav Haşek |
---|---|
Nəşr olunduğu il | 2006 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Şərq-Qərb |
Nəşr yeri | Bakı |
Yaroslav Haşek. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2006.
Ədəbi fəaliyyətə əsasən yol qeydləri və reportajlarla başlayan məşhur çex yazıçısı Yaroslav Haşek daha sonra satirik novellalar müəllifi kimi tanın-mışdır. Müxtəlif təxəllüslərlə qələmə aldığı çox sayda əsərində o, həqiqətən "Çex yumoristik ensiklopediyası"nı yaratmışdır. Mövzusunu real həyatdan alan həmin yumoreskalar dövrün çex cəmiyyəti üçün böyük ictimai məzmun daşıyan elementlərlə zəngindir.
Müəllifin bu kitaba daxil edilmiş satirik hekayə və felyetonlarında da bürokratizm, meşşan həyat tərzi və əxlaqı ifşa olunur. Haşek yaradıcılığının ən yüksək zirvəsi sayılan və müəllifinə geniş şöhrət qazandıran "Əsgər Şveykin sərgüzəştləri" satirik romanında isə militarizım əleyhinə etiraz öz dərin ifadəsini tapmışdır