GERIYƏ

Etilenin katalitik oliqomerləşməsi prosesləri

Müəllif M.C.Xamiyev, M.C.İbrahinova, R.V.Əliyeva
Nəşr olunduğu il 2025
Elm sahəsi Təbiət elmləri
Nəşriyyat Savad
Nəşr yeri Bakı

M.C.Xamiyev, M.C.İbrahinova, R.V.Əliyeva. Etilenin katalitik oliqomerləşməsi prosesləri. Bakı, Savad, 2025.

Monoqrafiya neft kimyasında qiymətli xammal kimi istifadə olunan doymamış alifatik karbohidrogenlərin (olefinlərin) müxtəlif üsullarla, xüsusilə etilenin oliqomerləşməsi ilə alınma proseslərinin araşdırılmasına həsr edilmişdir. Etilenin oliqomerləşməsi üzrə elm və texnikanın müxtəlif sahələrində, sənayedə mövcüd olan əksər proseslər, istifadə olunan katalitik sistemlərin, reaksiya şəraitinin və olefinlərin paylanması və s. haqqında məlumatlar ümumiləşdirilmişdir. Etilenin oliqomerləşməsi proseslərində istifadə olunan katalitik sistemlərin tərkiblərinin, liqandların strukturunun, “calanmış” ion maye liqandlı heterogenləşdirilmiş sistemlərin, metalların təbiətinin, birgəkatalizator kimi istifadə olunan alüminium üzvi birləşmələrin, əlavə olunan modifikatorların kimyəvi quruluşunun alınan oliqomer məhsulun molekul kütlə paylanmasına təsiri araşdırılmışdır. Bu proseslər üçün mövcüd klassik və müasir elmi nəzəriyyələr haqqında məlumatlar verilmişdir. Monoqrafiyada dünya miqyasında görülən işlərlə yanaşı ARETN akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda metalkompleks kataliz elmi istiqaməti üzrə aparılan işlər də təqdim olunmuşdur.