Heydər Əliyev və Şərq: I kitab: Türkiyə
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2005 |
Elm sahəsi | Siyasət. Siyasi elmlər |
Nəşriyyat | Çaşıoğlu |
Nəşr yeri | Bakı |
. Heydər Əliyev və Şərq: I kitab: Türkiyə. Bakı, Çaşıoğlu, 2005.
Əsrimiz inteqrasiya və vahid, ümumbəşəri dəyərlər əsasında birləşmək əsridir. Belə taleyüklü, dövlətlərin və xalqların sonrakı inkişaf perspektivlərini müəyyənləşdirən məsuliyyətli dövrdə planetimizdə məskunlaşmış bütün fərqli sivlizasiyalar öz aralarında dialoqun zəruriliyini və həyati əhəmiyyətini getdikcə daha dərindən dərk etməkdədirlər. Sivilizasiyalararası dialoq eyni zamanda öz daxilindəki altsivilizasiyaların, tarixin müxtəlif keşməkeşlərində bir-birindən ayrı düşmək məcburiyyətində qalmış lokal və milli mədəniyyətlərin, etno-siyasi strukturların qarşılıqlı münasibətlərindəki tərəqqini və inteqrsiyanı da ifadə edir. Bütün bu və digər, sadalamaqla bitməyən amillər Azərbaycan-Türkiyə dostluğunun, görkəmli dövlət xadimi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təbirincə desək bir millət-iki dövlətin münasibətlərini xeyli dərəcədə müəyyən edir.