GERIYƏ

Azərbaycanda faunanın taksonomiyası və coğrafiyası (onurğalılar)

Müəllif Mustafayev Q.T., Sadıqova N.A., İsgəndərov T.M.
Nəşr olunduğu il 2009
Elm sahəsi Təbiət elmləri
Nəşriyyat Bakı Universiteti Nəşriyyatı
Nəşr yeri Bakı

Mustafayev Q.T., Sadıqova N.A., İsgəndərov T.M.. Azərbaycanda faunanın taksonomiyası və coğrafiyası (onurğalılar). Bakı, Bakı Universiteti Nəşriyyatı, 2009.

Azərbaycanda onurğalı heyvanların faunası XIX əsrin ikinci yarısından başlanaraq tədqiq edilir. Lakin nəzəri və praktiki baxımdan çox əhəmiyyətli olan bu heyvanların taksonomiyası haqqında son vaxta qədər yekdil fikir yoxdur. İlk dəfədir ki, Azərbaycan faunasına daxil olan onurğalı heyvanların taksonomik spektri verilir (yarımnövdən sinfə qədər). Təsnifat kateqoriyaları və onların ardıcıllığı beynəlxalq standartlara uyğundur. Heyvanların milli adları zooloji kodeksin tələblərinə cavab verir: yarımnövün adı üç sözlə, cinsin adı bir sözlə tək halda, fəsilənin, dəstənin və sinfin adı bir sözlə cəm halda verilir və kateqoriyası əlavə edilir. Son 15-20 ildə əldə edilmiş taksonomik yeniliklər spektrdə öz əksini tapıb. Heyvanların milli adlarında xalq dilinə üstünlük verilib. Ədəbiyyatda olan çatışmamazlıqlar aradan qaldırılıb.