GERIYƏ

Zülfüqarlı Mahərrəm. İstiqlal yolu -Etibar Məmmədov (siyasi bioqrafiya). Üç cilddə (Il cild)

Müəllif Məhərrəm Zülfüqarlı
Nəşr olunduğu il 2025
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Qanun
Nəşr yeri Bakı

Məhərrəm Zülfüqarlı. Zülfüqarlı Mahərrəm. İstiqlal yolu -Etibar Məmmədov (siyasi bioqrafiya). Üç cilddə (Il cild). Bakı, Qanun, 2025.

Kitab çağdaş Azərbaycan milli azadlıq hərəkatının liderlərindən, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri və İdarə Heyəti üzvü, "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu layihəsinin müəllifi, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Türkiyə va Pakistan tərəfindən tanınmasında misilsiz xidmətləri olmuş, Azərbaycan Respublikasında rəsmi qeydiyyatdan keçmiş ilk siyasi partiyanın Milli İstiqlal Partiyasının yaradıcısı, 1992-2004-cü illərdə partiyanın sədri, hazırda fəxri lideri, 1992, 1998, 2003-cü illərdəki prezident seçkilərində Azərbaycan Respublikası Prezidentliyinə namizəd, 1990-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin və 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü, 60-dan artıq ölkənin 80-dən artıq sağ-mərkəzçi partiyasını özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqının sədr müavini Etibar Səlidar oğlu Məmmədovun 70 illik yubileyi münasibəti ilə üç cilddə hazırlanıb və II cild onun hayat yolunun, milli istiqlal mücadiləsinin ötən əsrin 1990-1995-ci illərdəki dövründən, ictimai-siyasi və elmi fəaliyyətindən bəhs edir.