GERIYƏ

Əzizə Cəfərzadə (Əzizə Məmməd qızı Cəfərzadə): biblioqrafiya

Müəllif
Nəşr olunduğu il 2022
Elm sahəsi Biblioqrafiya
Nəşriyyat Milli Kitabxana
Nəşr yeri Bakı

. Əzizə Cəfərzadə (Əzizə Məmməd qızı Cəfərzadə): biblioqrafiya . Bakı, Milli Kitabxana, 2022.

Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib etdiyi “Əzizə Cəfərzadə” adlı biblioqrafiya Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, filologiya elmləri doktoru, professor, ictimai xadim Əzizə Cəfərzadənin 100 illik yubileyinə həsr edilmiş ilk fundamental biblioqrafiyadır. Biblioqrafiyada Əzizə Cəfərzadənin kitabları, dövri mətbuat, dərslik və məcmuələrdə çap olunmuş əsərləri, tərcümələri, həyat və yaradıcılığını əks etdirən materiallar, dünyanın ən zəngin kitabxanalarında mühafizə olunan nəşrləri, həmçinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və yazıçının ev arxivində olan sənədlər öz əksini tapmışdır.