Dünya Azərbaycanlılarının Həmrəyliyinə gedən yolda
Müəllif | Şahlar Baba Şuşalı (Şahlar Mehdi oğlu Əliyev) |
---|---|
Nəşr olunduğu il | 2020 |
Elm sahəsi | Siyasət. Siyasi elmlər |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Şahlar Baba Şuşalı (Şahlar Mehdi oğlu Əliyev). Dünya Azərbaycanlılarının Həmrəyliyinə gedən yolda. Bakı, Elm və təhsil, 2020.
Bu yazım ağlı kəsən andan hər çətinliyə sinə gərib ali Bu məqsədinə çatmağa, özündən asılı olan işlərin öh-dəsindən əzmkarcasına gəlməyə çalışan, müstəqilliyimizin ilk illərindən hər işə cəsarətlə girişən bir Vətən oğlu haqqındadır.
1988-ci il... Azərbaycanımızın ağır hadisələrlə dolu illərindən biri.
Bu, sonu məlum olmayan təlatümlərin qaynar qazandan da betər fitnəfəsadlar burulğanının, milli faciələrimizin ən dəhşətlilərindən birinin başlandığı, eləcə də milli dirçəlişimizin ilk cücərtilərinin vüsət aldığı andan öz hə yat və fəaliyyət amalını müəyyən etməyə çalışan bu Vətən təəssübkeşi Tofiq Məhərrəm oğlu Əlizadədir.