Seçilmiş əsərləri. XIII cild
Müəllif | Əzizə Cəfərzadə |
---|---|
Nəşr olunduğu il | 2021 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Əzizə Cəfərzadə. Seçilmiş əsərləri. XIII cild. Bakı, Elm və təhsil, 2021.
Bu cildə Əzizə Cəfərzadənin 1965-1986-cı illərdə yazdığı səfər-namələr daxil edilib. 1965-1966-cı illərdə yazıçı Əzizə Cəfərzadə, Qərbi Afrikanın vaxtı ilə Qızıl Sahil adlanan ölkələrini Qvineya, Toqo, xüsusilə Qananı gəzmişdir. O, Qanada altı ay yaşayıb, ölkənin müxtəlif şəhər və kəndlərini dolaşmış, müxtəlif insanlar ilə görüşmüşdür. O vaxtdan bəri Qanada çox şeylər dəyişmişdir. Ə. Cəfərzadənin tanış olduğu insanların bir çoxu bəlkə fikrini dünyagörüşünü dəyişmiş, ya da öz əqidəsi uğrunda qurban getmişdir. Əzizə Cəfərzadə məhz 1965-ci ilin II yarısında Qana həyatını necə görmüşsə, öz xatirələrini oxuculara da elə təqdim etməyə çalışmışdır. Bu cildə həmçinin yazıçının Yuqoslaviya (1975), İraq (1977) və eləcə də ölkə daxilindəki Şuşa (1975) səfərnamələri də daxil edil-mişdir. Bu səfərnamələrin bir çoxu ilk dəfə nəşr edilir.