Uşaq hekayələri
Müəllif | Əzizə Cəfərzadə |
---|---|
Nəşr olunduğu il | 2021 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Əzizə Cəfərzadə. Uşaq hekayələri. Bakı, Elm və təhsil, 2021.
Kitaba Əzizə Cəfərzadənin uşaqlar üçün yazdığı hekayə, nağıl, əfsanə və rəvayətlər daxil edilmişdir. Bu əsərlər yazıçının "Qızımın hekayələri" ("Azərbaycan Dövlət nəşriyyatı", 1964), "Çiçəklərim" ("Gənclik", 1988), "Pişik dili" ("Şirvannəşr", 2001) kitablarından gö-türülərək bura daxil edilmişdir. Kitabda həmçinin axırıncı Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, şairə, rəssam və xeyriyyəçi Xur-şidbanu Natəvan (1832-1897) haqqında olan hekayələrdən uşaqlara aid olanları da yer almışdır. Onlar "Natəvan haqqında hekayələr" ("Seçilmiş əsərləri", I cild, "Elm və təhsil", 2021) kitabından götürü-lərək bura daxil edilmişdir. Kitaba yazıçının "Seçilmiş əsərləri"nin VIII, IX cildlərinə daxil olan uşaq hekayələri ilə yanaşı daha əvvəllər çap edilməmiş uşaq ədəbiyatına aid hekayə, əfsanə və rəvayətlər də Ev arxivindən toplanaraq bu kitaba əlavə olunmuşdur