Salam, Məşədi
Müəllif | Gülhüseyn Kazımlı |
---|---|
Nəşr olunduğu il | 2022 |
Elm sahəsi | Mədəniyyət |
Nəşriyyat | "Çapar" yayınlar |
Nəşr yeri | Bakı |
Gülhüseyn Kazımlı. Salam, Məşədi. Bakı, "Çapar" yayınlar, 2022.
Kitab böyük Azərbaycan xanəndəsi Məşədi Məhəmməd Fərzəliyev Şuşalının 150 illik yubileyinə həsr olunub. Kitabda böyük xanəndənin 33 illik İstanbul həyatına aid son illərdə tapılmış arxiv materialları, Azərbaycan Respublikasının Dövlət Səs Yazıları Arxivindəki ifalarının siyahısı, indiyə qədər heç bir yerdə dərc olunmamış, Almaniyanın "Sport-Rekord", Fransanın "Pate" firmalarının tərtib etdiyi kataloqlar da yerləşdirilib.