Muğam kimi ömür (Gülhüseyn Kazımlı - 75)
Müəllif | Turan İbrahimov |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | Mədəniyyət |
Nəşriyyat | SkyE |
Nəşr yeri | Bakı |
Turan İbrahimov. Muğam kimi ömür (Gülhüseyn Kazımlı - 75). Bakı, SkyE, 2024.
Kitab Azərbaycanın mərhum ictimai xadimi, yazıçısı və şairi, tədqiqatçı-alimi, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlının 75 illiyinə həsr edilmişdir. O, "Vətən sevgisi", "Yollarda ömür", "Mənə inan", "İnsanın dərki", "Ümid yeri", "Heydər Əliyevin yadigarları", Seçilmiş əsərləri", "Şuşaya o qədər yağış yağmışdı..." kimi maraqlı kitabların müəllifidir. Şeirlərinə Azərbaycanın məşhur bəstəkarları tərəfindən 30-dan çox mahnı bəstələnmişdir. Gülhüseyn Kazımlı Son illər Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" və "Dəyirmi masa" layihələrinin koordinatoru kimi görkəmli muğam korifeylərinin həyat və fəaliyyəti haqqında elmi-tədqiqat işləri aparırdı. Bu axtarışların nəticəsində müəllifin muğam ifaçılığı tariximizə aid yeni kitabları ("Bülbülcan", "Qarmonun əfsanəsi", "Salam, Məşədi", "Xanəndə Məşədi Qafar Qaryağdı") nəşr edilmişdir. Kitabda G.Kazımlının həyat və yaradıcılığı barəsində qələm dostlarının mülahizələri, dövrü mətbuatda haqqında çap olunmuş məqalələr və eləcə də öz əsərləri toplanmışdır. İlk dəfədir ki, onun biblioqrafiyası tərtib edilib bu kitaba əlavə olunmuşdur.