İnnovasiya iqtisadiyyatı və vergi stimullaşdırması
Müəllif | Akif Musayev |
---|---|
Nəşr olunduğu il | 2014 |
Elm sahəsi | İqtisad elmləri |
Nəşriyyat | Azərbaycan Universiteti |
Nəşr yeri | Bakı |
Akif Musayev. İnnovasiya iqtisadiyyatı və vergi stimullaşdırması. Bakı, Azərbaycan Universiteti, 2014.
Azərbaycan MEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor A.F.Musayev uzun illərdir ki, respublikamızda vergilərin iqtisadi problemlərinin elmi tədqiqi ilə məşğul olur. Fiskal siyasət barədə elmi araşdırmaların təşkilində, vergi sisteminin normativ-hüquqi bazasının yaradılmasında onun mühüm xidmətləri vardır. A.F.Musayev vergilər barədə çox qiymətli monoqrafiyaların, dərsliklərin və dərs vəsaitlərinin müəllifidir. Görkəmli alimin bu kitabında innovasiya potensialı, vergi sistemində güzəşt və imtiyazlar, vergi stimullaşdırması, kiçik və orta sahibkarlığın inkişafı problemləri araşdırılmış, yerli və beynəlxalq təcrübə əsasında geniş təhlil edilmişdir.