GERIYƏ

Eşqdəndir, ey Nigari, hər nə var

Müəllif Pərvanə Bayram
Nəşr olunduğu il 2025
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Elm və təhsil
Nəşr yeri Bakı

Pərvanə Bayram. Eşqdəndir, ey Nigari, hər nə var. Bakı, Elm və təhsil, 2025.

Monografiyada XIX əsr şairi Seyid Nigarinin həyatı, yaradıcılığı, təsəvvüf tarixindəki yeri, türkcə Divanındakı şeir şəkilləri və klassik şeirə gətirdiyi yeniliklər tədqiq edilmişdir. Tədqiqat bu zamana gədər işlənilməməsi, Nigarinin klassik şeirimizin son böyük sufi təmsilçilərindən biri olması ilə şərtlənir. Kitabda şairin həyat və yaradıcılığı ilk dəfə olaraq XIX əsr kontekstində monoqrafik tədqiqat səviyyəsində sistemli tərzdə araşdırılır. Seyid Nigari Divanı ilk dəfə olaraq həm mövzu həm də poetik struktur baxımından araşdırılır. Şairin Divan tərtib sisteminə və şeir şəkillərinə gətirdiyi yeniliklər, dini-təsəvvüfi məzmunlar və onların təqdim özünəməxsusluğu üzə çıxarılıb elmi təhlilə cəlb edilir. Müəllif dissertasiyanı müdafiə etdiyi 2008-ci ildən günümüzə qədər Seyid Nigari haqqında tədqiqatlarını davam etdirmiş və mövzu ilə əlaqədar olaraq Türkiyə və Azərbaycanda 20-yə yaxın məqalə dərc etdirmişdir. Nigarişünaslıqda önəmli bir yeri olan bu məqalələrin bəziləri bu kitaba daxil edilmişdir.