GERIYƏ

Xocalı soyqırımı: milyon imza- bir tələb

Müəllif
Nəşr olunduğu il 2007
Elm sahəsi Tarix
Nəşriyyat Əbilov, Zeynalov və oğulları
Nəşr yeri Bakı

. Xocalı soyqırımı: milyon imza- bir tələb . Bakı, Əbilov, Zeynalov və oğulları , 2007.

Azərbaycana qarşı erməni millətçi və militarist dairələrinin törətdikləri Dağlıq Qarabağ münaqişəsinin ən faciəli hadisələrindən biri Xocalıda azərbaycanlıların soyqırımı oldu. Ermənistan hərbi qüvvələrinin və sovet ordusunun 366-cı alayının törətdiyi insanlığa qarşı bu cinayət mülki əhalinin xüsusi amansızlıqla qətli, yüzlərlə insanın yaralanması, işgəncələrə məruz qalması, itkin düşməsi, əsir götürülməsi ilə nəticələndi. Peşəkar hərbi hissələr tərəfindən dinc vətəndaşlara qarşı həyata keçirilən bu cinayətkar əməliyyat zamanı insan haqlarına dair fundamental prinsip və qanunlar, müharibə hüququ və əxlaqı kobudcasına pozulmuş, heç bir xəbərdarlıq edilmədən gecə saatlarında şəhər blokadaya alınmış, əhalinin çəkilməsi üçün yol verilməmiş. yaşlılar, qadınlar, uşaqlar daxil olmaqla mülki insanlar məhv edilmişdir