XIX əsr Qarabağ şairlərinin şeir antalogiyası
Müəllif | Raqub Kərimov |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | SkyE |
Nəşr yeri | Bakı |
Raqub Kərimov. XIX əsr Qarabağ şairlərinin şeir antalogiyası. Bakı, SkyE, 2024.
XIX əsr Qarabağ ədəbi mühiti özünün yeni çalarları, orijinal forma və məzmun zənginliyi ilə ümumazərbaycan ədəbiyyatının inkişafında xüsusi yer tutur. Tədqiqat zamanı məlum olmuşdur ki, Qarabağda XIX əsrdə 150-dən çox şair yazıb-yaratmışdır. Həmin dövrün ədəbiyyatını özündə əks etdirən mənbələrdən məlum olur ki, digər dövrlərdə olduğu kimi XIX əsrdə də aparıcı yeri şeir sənəti, poeziya tutmuşdur. Əfsuslar olsun ki, bu şairlərin əksəriyyətinin Azərbaycan dilində yazdığı şeir nümunələrini əldə edə bilmədik, onların fars dilində yazdıqları şeirləri isə antologiyaya daxil etmədik. Bu səbəbdən antologiyanın davamlı olacağını nəzərə alaraq I kitab adlandırdıq.