GERIYƏ

Beynəlxalq kino günü

Müəllif
Nəşr olunduğu il 2022
Elm sahəsi Mədəniyyət
Nəşriyyat
Nəşr yeri Bakı

. Beynəlxalq kino günü. Bakı, , 2022.

Kinonu tərəqqiyə, rahat, əmin-aman həyata can atan insanların arzu çələngi də adlandırmaq olar. Ən azından ona görə ki, əsəbləri tarıma çəkən mövzulardan əlavə nağıl, macəra, melodrama, romantika janrlı filmlərdə həyat gözəlliklərini, sevgi anlayışını insanlığı dəyərləndirən keyfiyyətləri görmək mümkündür. Dekabrın 28-də dünyada Beynəlxalq Kino Günü qeyd olunur. 1895-ci il dekabrın 28-də Lui və Oqyust Lümyer qardaşları Parisin Kapusin bulvarındakı balaca kafedə ilk dəfə özlərinin çəkdikləri qısametrajlı filmlərin pullu nümayişini təşkil ediblər. Filmlərin arasında 46 saniyəlik "Fəhlələrin Lümyer fabrikindən çıxması" filmi də var idi. Lümyer qardaşları hesab edirdilər ki, kino həyat səhnələrinin nümayişindən başqa bir şey deyil və olmayacaq. Lakin bəşəriyyət xroniki sinematoqrafiyanı sevdi. Kino körpə uşaq kimi, əvvəlcə danışa bilmirdi. Tamaşaçıları aktyorların hərəkətləri, üz-gözünü büzməsi ilə əyləndirirdi.