Beynəlxalq münasibətlər və dövlətlərin güclərinə görə təsnif olunmalarının əsasları
Müəllif | Elşən Misir oğlu Nəsibov |
---|---|
Nəşr olunduğu il | 2013 |
Elm sahəsi | Dövlətçilik, Siyasət |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
Elşən Misir oğlu Nəsibov. Beynəlxalq münasibətlər və dövlətlərin güclərinə görə təsnif olunmalarının əsasları. Bakı, , 2013.
Kitabda xarici siyasət və beynəlxalq münasibətlərin nəzəri əsaslarının ümumi aspektdə təhlili məsələləri öz əksini tapır. Üç fəsildən ibarət olan əsərin birinci fəsli xarici
siyasət və beynəlxalq münasibətlərin ümumi əsaslarının bəzi aspektlərinin təhlilinə həsr olunur. Burada xarici siyasətin və beynəlxalq münasibətlərin tərkib strukturlarının
mahiyyət və məzmununu açmaq əsas məqsəddir. İkinci fəsil diplomatiyaya aiddir və onun əsasları şərh edilir. Üçüncü fəsil isə dövlətlərin beynəlxalq münasibətlərdə
güclənmələrinin əsaslarını, yollarını göstərir. Belə qənaətə gəlinir ki, dövlətlərin iştirak səviyyələri və təsir dərəcələri onların potensialları ilə müəyyən olunur. Dövlətlərin
beynəlxalq münasibətlərdə iştirak etmələri və beynəlxalq siyasi hadisələrə təsirləri onların potensialları ilə müəyyənləşir.