Beynəlxalq münasibətlər və xarici siyasət. Dərs vəsaiti. I bölmə VIII fəsil
Müəllif | Cəlil Kərimov, Tahirə Kərimova |
---|---|
Nəşr olunduğu il | 2013 |
Elm sahəsi | Siyasət. Siyasi elmlər |
Nəşriyyat | ADPU |
Nəşr yeri | Bakı |
Cəlil Kərimov, Tahirə Kərimova. Beynəlxalq münasibətlər və xarici siyasət. Dərs vəsaiti. I bölmə VIII fəsil. Bakı, ADPU, 2013.
Hörmətli oxucu sizin diqqətinizə təqdim etdiyimiz bu dərs vəsaiti demək olar ki, ayrı-ayrılıqda fənni özündə birləşdirir. «Beynəlxalq münasibətlər nəzəriyyəsi» və «Beynəlxalq münasibətlərin tarixi». Əlbəttə bu fənlər ayrılıqda öyrənilir və ayrılıqda nəşr edilir. Lakin onu da qeyd etməliyik ki, bu «anlayışlar» çox yaxın, eyni kökdən qaynaqlanan, demək olar ki, biri digəri üçün əsas olan, biri digərini tamamlayan anlayışlardır. Beynəlxalq münasibətlər həmişə də mövcud olmuşdur. Lakin bu
münasibətlərin nəzəri cəhətdən araşdırılması, tədqiq edilməsi nisbətən son yüz illiklərdə tərəqqi tapmışdır