Qarabağ xalçaları: tövsiyə biblioqrafiyası
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2022 |
Elm sahəsi | Biblioqrafiya |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
. Qarabağ xalçaları: tövsiyə biblioqrafiyası. Bakı, , 2022.
Azərbaycan xalçasının hərtərəfli öyrənilməsi, onun ideologiya ilə əlaqələrinin aydınlaşdırılması üçün Azərbaycan tarixçiləri, arxeoloqları və etnoqraflarının tədqiqatları mühüm əhəmiyyətə malikdir. Azərbaycanda xalçaçılığın təşəkkülünü şərtləndirən təbii-iqlim şəraiti, təsərrüfat və məişət amilləri tədricən Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ, Təbriz kimi xalça və xalça məmulatları istehsalı mərkəzlərinin yaranmasına səbəb oldu. Həmin mərkəzlərin hər birində xalça məmulatlarının bu və ya digər növünə, yaxud tipinə üstünlk verilir, istehsal edilən xalçalar və xalça məmulatları öz kompozisiya-ornament və kolorit xüsusiyyətləri ilə seçilirdi.