Müstəqil Azərbaycan - 20: iqtisadi inkişaf yolu
Müəllif | Hüseynov Aydın Nəsir oğlu |
---|---|
Nəşr olunduğu il | 2011 |
Elm sahəsi | İqtisad elmləri |
Nəşriyyat | Azərbaycan nəşriyyatı |
Nəşr yeri | Bakı |
Hüseynov Aydın Nəsir oğlu. Müstəqil Azərbaycan - 20: iqtisadi inkişaf yolu. Bakı, Azərbaycan nəşriyyatı, 2011.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun «Müstəqil Azərbaycan - 20: iqtisadi inkişaf yolu» adlı kitabı müstəqil Azərbaycanın illik inkişaf yolu, iqtisadi nailiyyətlər və hadisələr barədə düzgün və analitik prizmadan yanaşma tərzinə görə, mühüm əhəmiyyətə malikdir. Kitabda Azər-baycanın iqtisadi inkişafının 20 illik dövrü dərin təhlil obyektidir. Azərbaycan iqtisadiyyatının ötən iki onillik dövrü barədə ən fundamental araşdırmaları və analitik yanaşmanı özündə əks etdirən nəşrdə respublikamızın hərtərəfli inkişaf modelinin elmi-nəzəri əsasları barə də dərin tədqiqi materiallara geniş yer verilib.
Kitab respublikamızın ötən 20 illik sosial-iqtisadi, siyasi-ictimai vəziyyətinə dair mənzərəni tam açıq şəkildə əks etdirir, həyata keçirilən genişsistemli islahatların mühüm nəticələri barədə təfərrüatı bilgilər verir. Ölkəmizin makroiqtisadi sabitliyinin və yüksək inkişafının bütün parametrləri nəşrdə əhatəli və sistemli şəkildə öz əksini tapır.