XX əsr Azərbaycan incəsənəti haqqında oçerklər
Müəllif | Quliyev Əsəd |
---|---|
Nəşr olunduğu il | 2012 |
Elm sahəsi | Mədəniyyət |
Nəşriyyat | Təhsil |
Nəşr yeri | Bakı |
Quliyev Əsəd. XX əsr Azərbaycan incəsənəti haqqında oçerklər. Bakı, Təhsil, 2012.
Azərbaycan Milli Elmlər Akademiyasının dissertantı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas Əsəd Quliyevin bu kitabın XX əsr Azərbaycan təsviri sənətinin ən görkəmli nümayəndələri - Bəhruz Kəngərli, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Ömər Eldarov, Tokay Məmmədov, Vəcihə Səmədova, Elmira Şahtaxtinskaya, Böyükağa Mirzəzadə, Asəf Cəfərov,
Nadir Əbdürrəhmanov və digər məşhur Azərbaycan rəssamları və heykəltəraşları haqqında dolğun və ətraflı məlumat verən ilk topludur. Kitabda hər bir rəssam haqqında, onun həyat və yaradıcılığı, həm də yaradıcılığının səciyyəvi xüsusiyyətləri və əsərlərinin təhlili barədə müfəssəl məlumatlar əks olunub. Kitab qalereya və muzey işçiləri, rəssamlar, sənətşünaslar, tələbələr, eləcə də Azərbaycan incəsənəti ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.