GERIYƏ

Heydər Əliyev: torpaq islahatları regionların sosial-iqtisadi inkişafının əsasıdır

Müəllif Məmmədov Qərib Şamil oğlu
Nəşr olunduğu il 2008
Elm sahəsi Siyasət. Siyasi elmlər
Nəşriyyat
Nəşr yeri Bakı

Məmmədov Qərib Şamil oğlu. Heydər Əliyev: torpaq islahatları regionların sosial-iqtisadi inkişafının əsasıdır. Bakı, , 2008.

Kitabda Azərbaycan Respublikasında aqrar sektorun inkişaf tarixi, hələ sovet ittifaqı dövründə xalqımızın böyük oğlu, mudrik dövlət xadimi Heydər Əliyevin bu sahədə gördüyü böyuk işlər, bunun nəticəsində 1969-1982-ci illərdə ölkəmizdə kənd təsərrüfatının dinamik inkişafı sayəsində Azərbaycan kəndlisinin rifaha qovuşması, müstəqillik əldə etdikdən sonra isə həmin illərdə təməli qoyulmuş zəmin üzərində Azərbaycanda və dünyada analoqu olmayan torpaq islahatlarının uğurla həyata keçirilməsinin mümkün olmasından bəhs edilir. Bu zaman istər 1969-1982-ci illər, istərsə də 1993-2003-cü illərdə qəbul edilmiş çoxsaylı fərman, sərəncam, digər huquqi normativ aktlar diqqətə təqdim edilməklə ulu öndərin yaratdığı hüquqi baza əsasında sosial ədalət prinsiplərinə söykənən aq-rar münasibətlərin formalaşdırıldığı önə çəkilir. Eyni zamanda möhtərəm Preizdent İlham Əliyevin 2003-cü ildən bu günə qədər davam etdirdiyi, mahiyyət və məzmun baxımından heç də torpaq islahatlarından az əhəmiyyətli olmayan "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı" çərçivəsində torpaq əkinçi münasibətlərində yeni tarixi eranın başlandığı və aqrar sektorun daha da inkişaf etdirildiyi diqqətə təqdim edilir. Kitab ölkəmizin aqrar inkişaf tarixi ilə maraqlananlar, bu sahədə xüsusi tədqiqat aparmaq istəyən mütəxəssislər və elm xadimləri, o cümlədən ulu öndərin aqrar siyasəti və onun bu günkü nəticələri ilə tanış olmaq istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.