Elmi əsərlər : Buraxılış 7
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2015 |
Elm sahəsi | Elm və təhsil |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
. Elmi əsərlər : Buraxılış 7. Bakı, , 2015.
Respublikanın ən böyük ümumi kitabxanası, mötəbər elm ocağı, zəngin kitab fonduna malik əsas milli dövlət kitabsaxlayıcısı hesab edilən Azərbaycan Milli Kitabxanasının rəsmi nəşri olan "Elmi Əsərlər" jurnalı 1980-ci ildən 1992-ci ilə kimi cəmi 6 buraxılışda (I buraxılış-1980, I-1983, III-1986, IV-1988, V-1990, VI-1992) çap olunmuşdur. I buraxılış "M.F.Axundov adına Azərbaycan Respublika Dövlət Kitabxanasının Əsərləri", digər beş buraxılışlar isə "M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasının Elmi Əsərləri" adı altında nəşr edilmişdir.
Kitabxananın elmi nəşrlər sistemində "Elmi Əsərlər" mühüm yer tutur. "Kitabxanaşünaslıq", "Biblioqrafiyaşünaslıq" və "Kitabşünaslıq" adlı bölmələrdən ibarət olan dövri elmi nəşrdə həm kitabxananın əməkdaşlarının, həm də digər respublika kitabxanalarının işçilərinin, bu sahədə elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan mütəxəssislərin məqalələri əhatə olunur. Bütün həmkarlarımızı bu yeni mətbuat orqanının səhifələrində öz aktual və maraqlı materialları ilə çıxış etməyə dəvət edirik.
İldə 2 dəfə çapı nəzərdə tutulan dövri nəşr respublikamızda kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində elmi-tədqiqat işinin genişlənməsinə, kitabxana işi proseslərini bir-biri ilə qarşılıqlı əlaqədə olan bir sistem kimi öyrənməyə, kitabxanaların iş təcrübəsini müasir elmi üsullarla tədqiq edib ümumiləşdirməyə səbəb olacaq, əks etdirdiyi maraqlı və aktual materialları ilə bu elmin inkişafına təkan verəcəkdir. Ümid edirik ki, Milli Kitabxananın bu təşəbbüsü bütün kitabxana ictimaiyyəti üçün arzuolunan olacaq və kitabxana işinin müasir problemlərini yeni elmi əsaslar üzərində öyrənməklə həmin problemləri araşdırmaq, həlli istiqamətlərini üzə çıxarmaqla və informasiya istifadəçilərinə çatdırmaqla ölkəmizdə bu sahənin inkişafında yeni mərhələ təşkil edəcəkdir.