Azərbaycan şərqşünaslıq elminin əbədiyaşar siması: Aida İmanquliyeva – 80
Müəllif | N.Alışova |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | Ədəbiyyat və dilçilik |
Nəşriyyat | Azərbaycan Milli Kitabxanası |
Nəşr yeri | Bakı |
N.Alışova. Azərbaycan şərqşünaslıq elminin əbədiyaşar siması: Aida İmanquliyeva – 80. Bakı, Azərbaycan Milli Kitabxanası, 2019.
XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri də şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevadır. Aida xanım çoxsaylı elmi əsərlərinə əbədi ömür bəxş etmiş, bütün varlığı ilə milli kökə, xalqa bağlı şəxsiyyət olmuş, xalqın maariflənməsi, tərəqqiyə qovuşması, milli yaddaşın qorunması kimi nəcib niyyətlər onun yaradıcılığının əsas qayəsini təşkil etmişdir. Təqdim olunan vəsaitdə Aida xanım İmanquliyevanın həyat və fəaliyyətinin, elmi irsinin kitabxanalarda təbliği ilə bağlı metodik tövsiyələr, Aida xanımın seçilmiş fikirləri və eləcə də görkəmli şəxslərin onun haqqında söylədikləri fikirlər yer almışdır.