ALİSA Azərbaycanın Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2021 |
Elm sahəsi | İnformasiya-sənəd menecmenti |
Nəşriyyat | Azərbaycan Milli Kitabxanası |
Nəşr yeri | Bakı |
. ALİSA Azərbaycanın Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi. Bakı, Azərbaycan Milli Kitabxanası, 2021.
Cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında əvəzolunmaz rol oynayan kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi bu sahədə əsaslı islahatların aparılmasını, kitab fondlarının müasir informasiya daşıyıcıları ilə zənginləşdirilməsini, dünyanın qabaqcıl kitabxana-informasiya müəssisələrinin təcrübəsindən istifadə
edilməsini, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsini zəruri edir və bütün bunlar mədəniyyət sahəsində dövlət siyasətinin əsas proritetlərindən biridir. Bu prioritet məsələlərin həllində ölkə kitabxanalarının kompüter avadanlıqları, internet və ən əsası isə onların fondlarını ümumi bazada yerləşdirən bir proqram ilə
təchiz olunması xüsusi əhəmiyyət kəsb edir