Müstəqilliyimiz əbədidir: on birinci kitab: iyul, 1997 - avqust, 1997
Müəllif | Əliyev Heydər Əlirza oğlu |
---|---|
Nəşr olunduğu il | 2003 |
Elm sahəsi | Siyasət. Siyasi elmlər |
Nəşriyyat | Azərnəşr |
Nəşr yeri | Bakı |
Əliyev Heydər Əlirza oğlu. Müstəqilliyimiz əbədidir: on birinci kitab: iyul, 1997 - avqust, 1997. Bakı, Azərnəşr, 2003.
Kitabda Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin ABŞ prezidenti Bill Klintonun dəvəti ilə ABŞ-a ilk rəsmi səfərinin materialları dərc olunur. Burada Bill Klinton ilə, digər yüksək vəzifəli şəxslərlə görüş və aparılmış danışıqlardan, imzalanmış önəmli dövlətlərarası sazişlərdən, ABŞ Konqresində konqresmen və senatorların böyük bir qrupu ilə, o cümlədən ayrı-ayrılıqda keçirilmiş görüşlərdə Azərbaycanın milli mənafelərini əks etdirən dərin məzmunlu söhbətlərdən, bir çox şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlərdən, ABŞ Konqresinin 1992-ci ilin oktyabrında "Azadlığı müdafiə aktına əlavə etdiyi Azərbaycana qarşı ədalətsiz 907-ci düzəlişin ləğv olunmasının zəruriliyindən, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasında Azərbaycan dövlətinin tutduğu qəti mövqedən, məsələnin sülh yolu ilə nizama salınmasında beynəlxalq təşkilatların rol və məsuliyyətinin artmasından, ABŞ-da yaşayan soydaşlarımızla görüş yə söhbətlərdən və s. ətraflı bəhs edilir.