GERIYƏ

Müstəqilliyimiz əbədidir: on dördüncü kitab: dekabr, 1997 - fevral, 1998

Müəllif Əliyev Heydər Əlirza oğlu
Nəşr olunduğu il 2005
Elm sahəsi Siyasət. Siyasi elmlər
Nəşriyyat Azərnəşr
Nəşr yeri Bakı

Əliyev Heydər Əlirza oğlu. Müstəqilliyimiz əbədidir: on dördüncü kitab: dekabr, 1997 - fevral, 1998. Bakı, Azərnəşr, 2005.

Zəmanəmizin qüdrətli siyasətçisi və müdrik dövlət xadimi Heydər Əliyevin oxuculara təqdim olunan bu kitabında ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesindən, ictimai-siyasi, iqtisadi, mədəni həyatın bir çox sahələrindən, xarici ölkələrlə əlaqələrin genişlənməsindən bəhs olunur. Kitabda prezident H.Əliyevin Türkiyə, Rusiya, Gürcüstan və Yaponiyaya rəsmi səfərləri zamanı və Azərbaycana gələn dövlət və hökumət başçıları ilə apardığı danışıqlar, imzalanmış sənədlər, keçirilmiş çoxsaylı görüşlərin, söhbətlərin materialları dərc olunmuşdur. Bu və digər görüşlərdə H.Əliyev dünya ölkələri ilə əlaqələrin daha da inkişaf etdirilməsi zəruriliyini, Azərbaycanın siyasi strategiyasının xalqımızın milli mənafelərinə xidmət etdiyini, iqtisadi siyasətimizin şəffaf olduğunu, dünya iqtisadiyyatına qoşulduğunu bəyan etmişdir.