Eşq pərvanəsi Mövlana Cəlaləddin Rumi
Müəllif | Muxtar Cəfərov |
---|---|
Nəşr olunduğu il | 2020 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Nurlan NPM |
Nəşr yeri | Bakı |
Muxtar Cəfərov. Eşq pərvanəsi Mövlana Cəlaləddin Rumi. Bakı, Nurlan NPM, 2020.
Mövlana təxəllüsü ilə tanınan Cəlaləddin Rumi orta əsrlar Şərqinin dahi mütəfəkkiri, şairi və Haqq aşiqidir. O, bütün peyğəmbərlərin insan-lara çatdırdığı İlahi kəlamın ən səlahiyyətli nümayəndələrindən biridir. Onun qayəsi insanları mənəvi paklığa çağıran, daxili təkamül yolu ilə sevgini, şəfqəti, qardaşlığı bütün insanlara tövsiyə edən və buna görə də yalnız islam dinində deyil, bütün dinlər və millətlər tərəfindən təqdir edilən dahi şəxsiyyətdir.
Oxuculara təqdim olunan bu kitab Mövlana Cəlaləddin Ruminin «Di-vani-Kəbir», «Fihi Ma-Fih», «Macalisi-Səba», «Maktubat» və «Mesna-vi» əsərlərindən seçmələrdir. Bu seçmələr fars, ərəb və türk dillərindən tərcümə olunmuşdur.