GERIYƏ

Şəki üsyanları

Müəllif Manaflı Həbibulla
Nəşr olunduğu il 2005
Elm sahəsi Tarix
Nəşriyyat «Mütərcim»
Nəşr yeri Bakı

Manaflı Həbibulla. Şəki üsyanları. Bakı, «Mütərcim», 2005.

Şəkidə Yuxarı Karvansaranın arxasındakı meydanda 1930-cu il üsyanı zamanı həlak olmuş yerli kommunistlərin xatirəsinə bir abidə qoyulmuşdu. 60-cı illərdə raykomda məsul işdə çalışan bir qohumum ilə həmin yerdən keçdiyimiz zaman məsul partiya işçisi ayaq saxlayıb mənim nəzərimi abidəyə cəlb etdi.