GERIYƏ

Vebinarlar

Müəllif Stella Kollinz, Endi Lankaster
Nəşr olunduğu il 2015
Elm sahəsi Sosial elmlər
Nəşriyyat
Nəşr yeri Bakı

Stella Kollinz, Endi Lankaster. Vebinarlar. Bakı, , 2015.

“Vebinarlar” kitabının hədəfə aldığı əsas məsələ auditoriyanın diqqətini cəlb etmək və bu diqqəti vebinar boyunca qoruyub saxlamaq bacarığıdır. Kitabda maksimum təsir və effektivlik üçün texnologiyanın istifadə edildiyi onlayn görüşlərin, təqdimatların və təlim seminarlarının planlaşdırılması, təşkili və keçirilməsi qaydaları izah olunur. Kitabın başlanğıcında hazırda istifadə edilən müxtəlif vebinar alətləri (veb-kamera, sorğular, mesajlaşma pəncərələri, virtual lövhələr, sessiya və ya müzakirə zalları və s.) və onlardan sizə üstünlük qazandıracaq şəkildə necə və nə vaxt istifadə olunmasının yolları təsvir edilir. Daha sonra öz ünsiyyət tərzinizi və təqdimat metodunuzu virtual mühitə uyğunlaşdırmağın, həmçinin auditoriyaya ötürdüyünüz mesajın təsir gücünü artırmaq üçün cəlbedici əyani vəsaitlərdən düzgün istifadə etməyin qaydaları ilə tanış olacaqsınız. Kitabın sonunda isə iştirakçının marağını necə cəlb etmək, bununla bağlı praktiki nümunələr, vebinarın təşkili və gedişatı ərzində ortaya çıxan problemlər və onların həlli yolları, o cümlədən uğurlu vebinar keçirmək istəyənlər üçün müəllifin 21 məsləhəti oxuculara təqdim edilir.