Üzümün emalı
Müəllif | Gülağa Ağazadə |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | İqtisad elmləri |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
Gülağa Ağazadə. Üzümün emalı. Bakı, , 2019.
Üzümçülüyün tarixi çox qədimdir. Onun istehsalı və emalı ilk şüurlu insanların inkişaf dövrünə təsadüf edir. Bu, təxminən 5-7 min il bundan əvvəllərə gedib çıxır və bu inkişafın ilkin mərhələsi bizim yaşadığımız Qafqaz və Kür çayı sahilləri ilə də bağlıdır. Üzüm və onun emal məhsulları tərkibinə, insan orqanizminə faydalılığına görə əvəz olunmaz bitkiçilik məhsullarındandır. Onun tərkibində 300-dən artıq insan orqanizmi üçün faydalı olan birləşmələr var. Qidalılıq və müalicəvi əhəmiyyətinə görə əvəzolunmaz məhsullar sırasındadır. Üzümün emal məhsulları təbii prosesin nəticəsidir. Bunları əldə etmək üçün isə ilkin olaraq üzüm salxımının anatomik quruluşunu, yetişkənlik dərəcəsini, tərkibinin faydalı birləşmələrini, emal qaydalarını, emaldan alınan şirənin və əzintinin qorunmasını, növbəti mərhələdə emalını, kimyəvi analiz tələblərini və tətbiq olunan standartları, spesifik terminologiyaları öyrənib bilmək lazımdır. Bu bilik və səriştə əsasında istehsal prosesində yüksək keyfiyyətli şərab və digər üzüm emalı məhsullarının hazırlanmasını bacara biləcəksiniz.