Üzüm istehsalı
Müəllif | Məhsəti Ələkbərova |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | Aqrar |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
Məhsəti Ələkbərova. Üzüm istehsalı. Bakı, , 2019.
Üzümçülük bütün dövrlərdə ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri olmuşdur. Bu sahənin belə qiymətli olması meyvələrinin yüksək dada malik olması ilə qidalılıq və dietik xüsusiyyətlərinin harmonik uyğunluğundan irəli gəlir. Bu gün yeni üzüm bağları innovativ texnologiyalarla və yeni əsaslarla salınır. Əgər yaxın keçmişə qədər sort seçimi şablon olaraq kataloqlar əsasında aparılırdısa, son vaxtlar əkiləcək sortlar ampeloqrafik xüsusiyyətləri öyrənilərək, müasir seleksiyanın nailiyyətləri nəticəsində əldə olunmuş və sərt bazar rəqabətinə davamlılığı ilə seçilən sortlardır. Üzüm salınacaq ərazi müasir tələblərə cavab verən texnoloji layihələr əsasında hazırlanır. Ərazinin təşkilindən tutmuş, ting seçimi və əkin bütün risklər nəzərə alınmaqla aparılır. Təyinat istiqamətindən asılı olaraq süfrə və texniki sortlar ayrı-ayrı massivlərdə yerləşdirilir. Sahələr gen cərgəli və hündür ştamplı formaya salınır ki, bu, üzüm kollarının xəstəlik riskini azaltmaqla yanaşı, kola normal yük verməklə bol və keyfiyyətli məhsul alınmasına imkan verir.