GERIYƏ

Üzüm bitkisinin əkini

Müəllif Məhsəti Ələkbərova
Nəşr olunduğu il 2019
Elm sahəsi Aqrar
Nəşriyyat
Nəşr yeri Bakı

Məhsəti Ələkbərova. Üzüm bitkisinin əkini. Bakı, , 2019.

Ölkəmizin iqlim və torpaq şəraiti bu sahənin güclü inkişafı üçün imkanlar yaradır. Çox şöhrətli keçmişə malik olan üzümçülük bu gün də respublika iqtisadiyyatının əsas sahəsinə çevrilməkdədir. Azərbaycanın çoxlu miqdarda qiymətli süfrə və texniki üzüm sortları vardır. Bu sortlardan respublikamızın müxtəlif bölgələrinin iqlim və torpaq şəraitinə uyğun olanları seçilərək yeni üzümlüklər salınır. Onu da qeyd edək ki, üzümün böyük sahələrdə becərilməsi bir çox problemlərin qaçılmaz olmasını ortaya çıxarır. Ən böyük problem əkin materialı problemidir. Xüsusilə calaq ting materialının xaricdən baha qiymətə gətirilməsi və çox vaxt keyfiyyətinin aşağı olmasıdır. Yeni üzümlüklərin salındığı bir vaxtda respublikada ixtisaslaşmış tingçilik təsərrüfatlarının olması vacibdir.