GERIYƏ

Zəfərimizin təntənəsi - 2022-ci il Şuşa ilidir: metodik vəsait

Müəllif L.Əhmədova
Nəşr olunduğu il 2022
Elm sahəsi Mədəniyyət
Nəşriyyat Azərbaycan Milli Kitabxanası
Nəşr yeri Bakı

L.Əhmədova. Zəfərimizin təntənəsi - 2022-ci il Şuşa ilidir: metodik vəsait. Bakı, Azərbaycan Milli Kitabxanası, 2022.

Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunan Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Dövlət başçısının da dediyi kimi: “Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm”