Müstəqilliyimiz əbədidir: iyirmi üçüncü kitab: noyabr, 1999 - dekabr, 1999
Müəllif | Əliyev Heydər Əlirza oğlu |
---|---|
Nəşr olunduğu il | 2008 |
Elm sahəsi | Siyasət. Siyasi elmlər |
Nəşriyyat | Azərnəşr |
Nəşr yeri | Bakı |
Əliyev Heydər Əlirza oğlu. Müstəqilliyimiz əbədidir: iyirmi üçüncü kitab: noyabr, 1999 - dekabr, 1999. Bakı, Azərnəşr, 2008.
Xalqımızın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin çoxcildlik əsərlərinin oxuculara təqdim olunan bu cildində ölkədaxili ictimai-siyasi məsələlərə, xarici səfərlərə və görüşlərə dair materiallar, dünyanın görkəmli dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatların rəhbərlərinə, tanınmış şəxsiyyətlərə məktubları verilmişdir. Burada, eyni zamanda ATƏT-in İstanbul sammitində və Qara Dəniz İqtisadi Əməkdaşıq Təşkilatının zirvə görüşündə nitqləri, dövlət və hökumət başçıları ilə apardığı danışıqlar, xam neftin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Azərbaycan, Cürcüstan və Türkiyə respublikaları arasında imzalanmış sənədlər nəşr edilmişdir. Həmçinin, Azərbaycan ilə Bolqarıstan, Azərbaycan ilə Ukrayna arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə imzalanmış sənədlər, informasiya vasitələrinə verdiyi müsahibələr toplanmışdır.