GERIYƏ

Diplomatiya aləmi № 25

Müəllif
Nəşr olunduğu il 2009
Elm sahəsi Siyasət. Siyasi elmlər
Nəşriyyat
Nəşr yeri Bakı

. Diplomatiya aləmi № 25. Bakı, , 2009.

Oktyabrın 8-də Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Kişinyova yola düşmüşdür. MDB sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüşü keçirilmişdir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun,Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın və ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bratke (ABŞ), Bernar Fasye (Fransa), Yuri Merzlyakovun (Rusiya) və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin iştirak etdikləri görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılmışdır