Müstəqilliyimiz əbədidir: otuz birinci kitab: noyabr, 2000 - yanvar, 2001
Müəllif | Əliyev Heydər Əlirza oğlu |
---|---|
Nəşr olunduğu il | 2010 |
Elm sahəsi | Siyasət. Siyasi elmlər |
Nəşriyyat | Azərnəşr |
Nəşr yeri | Bakı |
Əliyev Heydər Əlirza oğlu. Müstəqilliyimiz əbədidir: otuz birinci kitab: noyabr, 2000 - yanvar, 2001. Bakı, Azərnəşr, 2010.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əlirza oğlu Əliyevin oxuculara təqdim olunan çoxcildlik əsərlərinin növbəti 31-ci cildi 2000-ci il noyabrın 5-dən 2001-ci il yanvarın 5-dək olan dövrü əhatə edir. Kitabda ümummilli liderin yeni 2001-ci il 3-cü minillik münasibətilə Azərbaycan xalqına, ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza müraciətində xronoloji ardıcıllıqla ötən əsrin tarixi gerçəkliyi, bəşəri dəyərləri, qazanılmış nailiyyətləri, azadlığa çıxması, dövlət müstəqilliyini əldə etməsi əks olunmuşdur. Burada, həmçinin Heydər Əliyevin Minskdə MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının zirvə görüşü zamanı və Azərbaycana gələn Rusiya, İran, Türkiyə, AŞPA-nın rəsmi nümayəndə heyətləri ilə, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirdiyi görüşlərə, apardığı danışıqlara, ikitərəfli münasibətlərin, sə-mərəli beynəlxalq əməkdaşlığın inkişafına dair materiallar verilmişdir.