GERIYƏ

Sağlamlığınızı yox, çəkinizi itirin!

Müəllif Aida Mirzəyeva
Nəşr olunduğu il 2025
Elm sahəsi Tibb elmləri
Nəşriyyat
Nəşr yeri Bakı

Aida Mirzəyeva. Sağlamlığınızı yox, çəkinizi itirin!. Bakı, , 2025.

Həkimlik müqəddəs peşədir. Elə bir peşədir ki, insanlar ən dəyərli varlığı olan sağlamlığını həkimə etibar edirlər. Bu peşəyə layiq olmaq üçün illərlə təhsil almalısan. Tibbdə "işləyə işləyə öyrənərsən" deyə bir anlayış yoxdur. Əlbəttə, illərin təcrübəsi insanı daha da təkmilləşdirir, anıma təhsillə birləşmədiyi müddətcə bu təcrübə çox təhlükəli ola bilər. Dünyada bütün elmlər daim inkişaf edir. İllər avval istifadə olunan tibbi avadanlıqlar və tibbi faktlar bu gün öz aktuallığını itirib. O şəxslər tibb sahəsində uğurlu və faydalı həkim ola bilərlər ki, daim yenilikləri izləyir və onları tətbiq edə bilmək üçün öz üzərlərində çalışırlar. Artıq 20 ildən artıqdır ki, tibbi sahədə fəaliyyət göstərir və biliklərimi daim təkmilləşdirirəm.