Elmi əsərlər : Buraxılış 9
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2017 |
Elm sahəsi | Elm və təhsil |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
. Elmi əsərlər : Buraxılış 9. Bakı, , 2017.
Bu günkü informasiyalı cəmiyyət həyatımızın bütün sahələrində informasiya kommunikasiya texnologiyalarının tətbiqi ilə elektron xidmətlərin göstərilməsi, kompüterin, internetin insanların məişətinə tam daxil olması və bütün ictimai münasibətlər sistemində virtual, onlayn xidmətlərin daha böyük əhəmiyyət kəsb etməsi ilə xarakterizə olunur. Fəal həyatımızın bütün sahələrində olduğu kimi, bu dominantlıq və fəal kitabxana işi sahəsində, kitab və mütaliə vərdişlərinin aşılanması sahəsində də özünü göstərməkdədir. Bu gün bütövlükdə kitabxana işi sahəsində təcrübə nəzəriyyənin önündə gedərək ictimai həyatımızın, təlabatçıların, istifadəçilərin təlabatına uyğun olaraq yeniləşməyə, yeni-yeni iş formaları və üsulları axtarmağa vadar edir ki, bu da innovativ və kreativ ideyalara, düşüncələrə söykənir və əsaslanır. Bütün bunlar isə innovasiyaların, innovativ yeniliklərin kitab və mütaliə proseslərinin aktiv iştirakçısına, əsas aparıcı, hərəkətverici qüvvəsinə çevrilməsi ilə nəticələnmişdir