GERIYƏ

Böyük siyasətin təntənəsi

Müəllif Abutalıb Səmədov
Nəşr olunduğu il 2004
Elm sahəsi Siyasət. Siyasi elmlər
Nəşriyyat OSKAR
Nəşr yeri Bakı

Abutalıb Səmədov. Böyük siyasətin təntənəsi. Bakı, OSKAR, 2004.

"Böyük siyasətin təntənəsi" kitabı Azərbacamn ümummilli lideri Heydər Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini aradan qaldırmaq naminə apardığı ağır mübarizəyə həsr olunub. Respublikada vətəndaş müharibəsinin qarşısını almaq üçün AXC-Müsavat iqtidarının xahişi ilə hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddətdə bu məqsədə nail oldu. Bundan sonra bütün gücünü özünün əsas işi saydığı məsələyə - Dağlıq Qarabağ münaqişəsinin aradan qalxmasına həsr edən Böyük Xilaskar uzunsürən mübarizədən sonra bu istiqamətdə son dərəcə mühüm qələbə qazandı. 1996-cı il Lissabon summitində dünyanın bütün dövlətləri Dağlıq Qarabağın yalnız Azərbaycan tərkibində yüksək muxtariyyət statusu almasını mümkün saydıqlarını bəyan etdilər. Böyük Xilaskar Heydər Əliyevin Dağlıq Qarabağ uğrunda apardığı müqəddəs mübarizəyə həsr olunmuş bu kitabım tədqiqatçılar və geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacağına şübhə etmirik.