Milli Kitabxananın Nət nəşrləri və Səsyazmaları şöbəsinin vallarından kompakt disklərə (CD) köçürülmüş əsərlər: I hissə
Müəllif | Marat İbrahimov |
---|---|
Nəşr olunduğu il | 2011 |
Elm sahəsi | Mədəniyyət |
Nəşriyyat | Azəbaycan Milli Kitabxanası |
Nəşr yeri | Bakı |
Marat İbrahimov. Milli Kitabxananın Nət nəşrləri və Səsyazmaları şöbəsinin vallarından kompakt disklərə (CD) köçürülmüş əsərlər: I hissə. Bakı, Azəbaycan Milli Kitabxanası, 2011.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının "Not nəşrləri və səsyazmaları" şöbəsində bu günə kimi 29732 ədəd qrammofon valı toplanmışdır. 1900-cü ildən 1990-cı ilə qədər müxtəlif səsyazma şirkətləri tərəfindən buraxılmış bu vallarda dünyanın və Azərbaycanın məşhur ifaçılarının əsərləri öz əksini tapır. Milli Kitabxana musiqisevər oxucularına köməklik məqsədilə "Səs yaddaşımız" adlı kataloq tərtib etmiş, buraya kitabxananın Not nəşrləri və Səsyazmaları şöbəsinin fonoteka fondunda saxlanılan qrammofon vallarının kompakt disklərə köçürülmüş əsərləri daxil edilmişdir.